Sabah bu ərazilərdə işıq olmayacaq - XƏBƏRDARLIQ

27 Noyabr 2018 19:04 (UTC+04:00)

Şimal RETSİ-nin xidməti ərazisinə daxil olan Xızı rayonunun 35/10 kV-luq yarımstansiyasında yenidənqurma və elektrik enerjisinin dayanıqlığı məqsədilə aparılan təmir işləri ilə əlaqədar sabah günün müəyyən saatlarında elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq.

Bu barədə “Azərişıq” ASC-dən məlumat verilib.

Bundan başqa, Bağlar ETSİ-nin xidməti ərazisi olan Məhəmmədi kəndinin 35/10 kV-luq “Məhəmmədi” yarımstansiyasında yenidənqurma və elektrik enerjisinin dayanıqlığı məqsədilə aparılan təmir işləri ilə əlaqədar 28-30 noyabrda günün müəyyən saatlarında elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq.

Qeyd olunur ki, nəzərdə tutulmuş işlərin həftə ərzində başa çatdırılmaması havaların yağışlı keçməsi ilə əlaqədardır.

AzNews.az