Sumqayıtda top mərmisi aşkarlandı - FOTOLAR

27 Noyabr 2018 22:50 (UTC+04:00)

Sumqayıt şəhərinin Corat qəsəbəsi ərazisində partlamamış hərbi sursat tapılıb.

AzNews.az xəbər verir ki, ANAMA-nın xüsusi mobil çevik əməliyyat qrupu və Sumqayıt şəhər Polis idarəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Sumqayıt şəhər Polis idarəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə 1 ev və həyətyanı sahəyə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 1 ədəd top mərmisi aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Top mərmisinin tapıldığı yerin ətrafında 20 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

AzNews.az