Bakıda gənc oğlan itkin düşdü

27 Noyabr 2018 23:15 (UTC+04:00)

Bakıda gənc oğlan itkin düşüb.

Hadisə paytaxtın Suraxanı rayonunda baş verib.

Rayonun Qaraçuxur qəsəbəsi, Q.Vəliyev küçəsi ev 20-də yaşayan 1971-ci il təvəllüdlü Şükürov Cavanşir Şakir oğlu ərizə ilə polisə müraciət edərək bildirib ki, noyabrın 21-də oğlu Şükürlü Cahangir Cavanşir oğlu evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır. (trend)

AzNews.az