Universitet həkimlərindən uğurlu əməliyyat

28 Noyabr 2018 12:16 (UTC+04:00)

Əhali arasında tez-tez rast gəlinən problemlərdən biri də üz-çənə anomaliyalarıdır.

AzNews.az xəbər verir ki, bu yaxınlarda Azərbaycan Tibb Universitetində (ATU) belə problemi olan xəstəyə yüksək ixtisaslı yardım göstərilib.

ATU-nun Ağız üz-çənə cərrahiyyəsi kafedrasının assistenti, tibb üzrə fəlsəfə doktoru İsmayıl Fərzəliyev qeyd edir ki, xəstənin alt və üst dişləri üst-üstə düz gəlmədiyinə görə, xəstədə çeynəmə prosesi pozulubmuş. Eyni zamanda xəstənin sifət quruluşunda da əyrilik qeyd edilirdi.

“Pasiyent qida qəbulunda çətinlik çəkirdi. Həmçinin, xəstənin üzündə estetik baxımdan da pozğunluqlar vardı - çənə öndə idi. Müvafiq müayinələrdən sonra tərəfimizdən komputer modelləşmə ilə xəstəyə əməliyyat planı hazırlandı”.

İ.Fərzəliyevin sözlərinə görə, üz skeleti sümüklərində 2 saat davam edən əməliyyat nəticəsində üzün quruluşu və dişlər tam bərpa olunub. Xəstədə çeynəmə qabiliyyəti tam bərpa olunub.

AzNews.az