“Sosial şəbəkələr bizi diqqətli olmağa vadar edir” - Məleykə Abbaszadə

28 Noyabr 2018 12:27 (UTC+04:00)

Bu sözləri DİM-in Diretorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirilən Azərbaycan müəllimlərinin XV qurultayında çıxışı zamanı deyib.

O bildirib ki, DİM hazirda əhalinin bütün yaş qruplarını əhatə edən hər cür imtahanların keçirilməsini təskil edir:

"Bu ilin 10 ayı ərzində imtahanlarda 641517 iştirakçı olub. 48 mindən çox müəllim imtahanların keçirilməsində bizə kömək edib.

Mərkəzləşdirilmiş imtahanlar təhsilin ümumi inkişafı ilə bağlı təsvir yaradır.

İctimaiyyətdən çox olmasa da şikayətlər alırıq. Cari ildə imtahanlar zamanı 2417 yazılı şikayət daxil olub ki, bu da ümumi iştirakçıların 0,3 faizini təşkil edir. Təəssüf ki, müəllimlər də bu neqativ halların yaranmasında iştirak edir. Bütün bu məsələləri hüquqi müstəvidə həll edirik.

Biz işimizdəki bugünkü uğuru şəffaflıq sayəsində qazanmışıq. Sosial şəbəkələr bizi diqqətli olmağa vadar edir. Dərsliklərdə baş verən yeniliklər imtahanlarda da öz əksini tapacaq.

M. ƏAbbaszadə onu da vurgulayıb ki, imtahanların ildə iki dəfə müxtəlif regionlarda aparılması çevik fəaliyyətimizin göstəricisidir. Hər bir sahə üzrə qiymətləndirmə meyarı dəyişir. Müəllimlərin yüksək motivasiyası uşaqlarda öyrənmə istəyini artırır. Müəllim peşəsi gənclərin gələcəyini formalaşdırır".(qafqazinfo.az)

© AzNews.az