Putin Kerçə raket kompleksi göndərdi - VİDEO

28 Noyabr 2018 15:05 (UTC+04:00)

Rəsmi Moskva Kerçə "Bal" raket kompleksi göndərib.

AzNews.az Rusiya mediasına istinadən xəbər verir ki, Kerç yaxınlığında həmin raketləri daşıyan hərbi maşın karvanının videosu yayılıb.

Xatırladaq ki, "Bal" raketi 260 kilometr uzaqlıqda olan hədəfi vurmağa qadirdir.

Kerç körpüsü yaxınlığında 3 Ukrayna gəmisinin Rusiya xüsusi təyinatlıları tərəfindən gülləbaran edilməsindən sonra ələ keçirilməsi, gəmilərdə olan dənizçilərin həbs edilməsi dünyada böyük rezonans doğurub.

Bu baxımdan Kerç ətrafında və ümumiyyətlə Krım yarımadasında təhlükəsizliyin qorunması üçün rəsmi Moskva görünür qabaqlayıcı tədbirlər görməyə başlayıb.

Babək Göyüş

© AzNews.az