Rus hərbi gəmisi hərəkətə keçdi - Son dəqiqə

28 Noyabr 2018 16:06 (UTC+04:00)

Rusiya ilə Ukrayna arasında yaranan gərginlikdən sonra bölgədə təzyiq davamlı olaraq artır.

AzNews.az “Reuters”ə istinadən xəbər verir ki, rus donanmasının mina axtaran gəmisi “Zaxarin” Qara dənizdən Azov dənizinə doğru hərəkət edib.

Qeyd edək ki, Rusiyanın Ukrayna gəmilərini və heyətini girov götürməsindən sonra Azov dənizində gərginlik artıb.

Pərvanə Ağazadə
AzNews.az