Avstraliyanın ən böyük inəyi - VİDEO

28 Noyabr 2018 16:32 (UTC+04:00)

Avstraliyada yaşayan yeddi yaşlı Nikers adlı inək sosial şəbəkə istifadəçilərinin diqqətini cəlb edib.

“Tjournal” nəşri xəbər verir ki, heyvanın hündürlüyü 194 santimetr (basketbolçu Maykl Cordanın boyu 198 santimetrdir), çəkisi isə 1,4 tondur.

Nikers ölkədəki ən böyük inəkdir.

Heyvanın sahibi Cof Pirsonun sözlərinə görə, bu, əslində, inək deyil, axtalanmış öküzdür. O bildirib ki, Niker balacalıqdan öz ölçüsünə görə seçilib. Heyvanın sahibi onu satmayacağını qeyd edib.(oxu.az)

© AzNews.az