“15 yaşıma kimi doyunca yediyimi xatırlamıram” - Nazarbayev

28 Noyabr 2018 17:16 (UTC+04:00)

Bu barədə prezident Vətəndaş forumunda çıxışı zamanı bəhs edib:

“Mən kənd uşağıyam. Müharibədən sonra tamamilə yoxsulluq içərisində yaşamışam, geyim çatışmırdı. Xatırlamıram ki, 15 yaşına kimi doyunca yemək yeyim. Ola bilsin ki, elə buna görə də sağlam olursan”.

78 yaşlı dövlət başçısı bildirib ki, peşəkar yoluna poladəridən olaraq başlayıb:

“Cavanlar zəhmətə hazır olmalıdırlar. İnanmayın ki, bu dünya ədalətlə doludur. Bu ədalətsizliyin öhdəsindən gəlmək lazımdır”.(qafqazinfo.az)

© AzNews.az