“Taliban” mövqelərinə aviazərbə endirildi - Dinc sakinlər öldü

28 Noyabr 2018 17:20 (UTC+04:00)

Əfqanıstanın Helmand əyalətində “Taliban” radikal hərəkatının mövqelərinə aviazərbə endirilib.

Zərbə nəticəsində azı 16 silahlı məhv edilib.

Bundan başqa, zərbələr nəticəsində dinc sakinlər də həlak olub.

Qeyri-rəsmi məlumatlara əsasən, 30 dinc sakin zərbələrin qurbanı olub.(trend.az)

© AzNews.az