“Çelsi”də ciddi itki

28 Noyabr 2018 21:34 (UTC+04:00)

“Çelsi”nin futbolçusu Eden Hazard zədəli olduğuna görə Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda PAOK-la oyunu buraxacaq.

Belçikalı yarımmüdafiəçinin İngiltərə Premyer Liqasının 14-cü turunda “Fulhem”lə görüşə kimi hazır olacağı gözlənilir.

Qeyd edək ki, “Çelsi” - PAOK matçı sabah keçiriləcək. (qafqazinfo)

AzNews.az