Qırğızıstan-Qazaxıstan sərhədində azərbaycanlı saxlanıldı

29 Noyabr 2018 10:37 (UTC+04:00)

Qırğızıstan-Qazaxıstan sərhədində üzərində sursat gəzdirən azərbaycanlı tutulub.

“Korday avto” sərhəd keçid məntəqəsində 1993-cü il təvəllüdlü Azərbaycan vətəndaşı saxlanılıb.

Üzərinə baxış zamanı ondan beş ədəd 7,62 mm kalibrli güllə aşkarlanıb.

Saxlanılan şəxs Korday rayon polis idarəsinə təhvil verilib.

AzNews.az