Türkiyədə dollar ucuzlaşır

29 Noyabr 2018 11:51 (UTC+04:00)

Qonşu ölkədə Amerika valyutası sonuncu dəfə bu qiymətə 4 ay bundan əvvəl olub.

Türkiyədə dolların ucuzlaşması onun bütün dünyada dəyər itirməsi ilə bağlıdır.

Xatırladaq ki, ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) rəhbəri Cerom Pauel (Jerome Powell) açıqlamasında ölkədə uçot dərəcəsinin neytral həddə yaxın olduğunu bildirib. Bu isə FED-in gələn il faiz artımına getməyəcəyi barədə fikir formalaşdırıb və dolları ucuzlaşdırıb.(report.az)

© AzNews.az