DİN və DTX Goranboyda birgə əməliyyat keçirdi

29 Noyabr 2018 12:41 (UTC+04:00)

Daxili İşlər Nazirliyi (DİN) Xocalı Rayon Polis Şöbəsi (Goranboy rayonu) və Dövlət Təhlükəsizliyi Xidmətinin rayon Şöbəsinin əməkdaşları Goranboyda birgə əməliyyat keçirib.

DİN-dən verilən məlumata görə, Buzluq kəndinin ərazisində 1 ədəd (alışqansız) “F-1” qumbarası, 2 ədəd patron darağı və 111 ədəd müxtəlif çaplı patron tapılıb.

© AzNews.az