Tehran-Bakı reysi ləğv edildi - Səbəbi bilinmir

29 Noyabr 2018 14:11 (UTC+04:00)

“Iran Air” aviaşirkətinin saat 17:50-də “IR 748” saylı Tehrandan Bakıya olan uçuşu ləğv edilib.

Həmçinin aviaşirkətin 18:50-də Bakıdan Tehrana olan “IR 749” saylı uçuşu da ləğv olunub. Aviareyslər “Airbus A320-200” təyyarəsi ilə həyata keçirilməli idi.

Tehran-Bakı-Tehran aviareysinin hansı səbəbdən təxirə salındığı məlum deyil.(AZƏRTAC)

© AzNews.az