Mevlüt Çavuşoğlu AzNews.az-a yazdı - Münaqişə alovu bir milləti bir dəfə girdabına çəkərsə ...

29 Noyabr 2018 16:54 (UTC+04:00)

Mevlüt Çavuşoğlu, Türkiyə Respublikasının Xarici İşlər Naziri

Bu həftə İstanbulda vasitəçilik mövzusunda iki ayrı, lakin bir-birilə əlaqəli olan beynəlxalq konfranslar keçiriləcək. Bunlardan birincisi münaqişə xəritəsindəki mövcud vəziyyət və İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin vasitəçilik imkanları ilə bağlı olacaq. İkinci konfrans isə daha geniş mövzuları əhatə edəcək, davamlı inkişaf, sülh və vasitəçilik arasındakı əlaqələri, vasitəçilik prosesində gender bərabərliyinin təmin olunması və gənclərin bu proseslərə daxil edilməsinin yolları, münaqişə və vasitəçilik təhlilində böyük məlumat və süni intellektin rolu haqqında rəylərin bildiriləcəyi zehin açan sessiyaları ehtiva edəcək. Belə konfransların sadəcə adi konfrans olduğunu düşünəbilərlər, lakin İstanbul Vasitəçilik Konfranslarının məsələlər haqqında ortaq anlayış və vasitəçilik, eləcə də münaqişələrin sülh yolu ilə həll edilməsi üçün fəaliyyət istiqamətli gündəliyin hazırlanmasında xeyli təsirli olduğu sübuta yetirilmişdir. Bu konfransların ev sahibi və Birləşmiş Millətlər Təşkilatı, ATƏT və İƏT kimi üç mühüm beynəlxalq təşkilat nəzdindəki Vasitəçilik Üzrə Dostlar Qrupunun həmsədrliyini edən tək ölkə olaraq Türkiyə, bu konfranslardan əldə edilən nəticələri sözü gedən beynəlxalq təşkilatlarda bölüşmə imkanına malikdir.

XXI əsrdə bəşəriyyətin fərqli sınaqlarla qarşı-qarşıya qaldığı həqiqətdir. Bir çox insan beynəlxalq hüquq, qurumlar, demokratiya və qanunun aliliyi, hesabatlılıq, azad ticarət, gender bərabərliyi və digər məsələlərlə bağlı əldə olunan qazanclar baxımından stəkanın yarısının dolu olduğunu düşündüyü halda, stəkanın boş qalan hissəsi artıq özünü göstərməyə başlamışdır. Hamımız bu əlamətləri görürük, bunları yenidən xatırlatmağa ehtiyac yoxdur. Ticarət uğrunda mübarizə, beynəlxalq istismarın yeni formaları, geosiyasi rəqabət, böyük güclərin nüfuz uğrunda mübarizəsi, parçalanmış millət dövlətləri, terrorizm, ksenofobiya, islamafobiya, getdikcə artan bərabərsizliklər və ədalətsizlik; stəkanın boş hissəsini təşkil edən yeni tendensiyalar arasındadır. İnsanların qarşılaşdığı sınaqlar insanın nailiyyətlərini və imkanlarını məhv edir. Bəs hansı tərəf qazanacaq? Cavabı biz insanların müsbət nəticələrə nail olmaq üçün nə qədər çox birgə işləyə bilməyimiz də daxil sınaqlara qarşı necə reaksiya verməyimizdən asılıdır. Burada aydın olan tək məsələ var; insiyatif alaraq təşəbbüskar və humanist olmasaq, pis tərəf üstünlük qazanacaq. “Gözlə və gör” yanaşmasını artıq davam etdirə bilmərik. Vasitəçilikdən terrorçulara qarşı güc tətbiq etməyə kimi fərqli siyasi variantlar var.

Məsələn Suriyadakı vəziyyəti götürək. Türkiyənin təşəbbüskar və humanist yanaşması ümumilikdə 4000 kvadrat kilometr sahəni iki terror təşkilatından, DEAŞ və PKK/PYD/ YPG-dən təmizləmişdir. Müdaxilə etməsəydik xalqımız daima bu terroristlər tərəfindən hücumlara məruz qalacaq və Suriya faciəsi üçün heç bir siyasi həll yolu əldə olunmayacaqdı. Türkiyə insani əzabları yüngülləşdirmək üçün əlindən gələni edir, dünyada ən böyük qaçqına ev sahibliyi edir, dünyada qaçqınlara ən çox xərc çəkən ölkə kimi humanitar yardımlara dünyanın ən böyük iqtisadiyyatından belə çox pul xərcləyir. Türkiyə eyni zamanda onlarla, hətta yüz minlərlə insanın həyatını xilas edən sazişlərin bağlanması üçün səy göstərir və qonşu Suriyanın ərazi bütövlüyünə əsaslanan siyasi həll yolunu dəstəkləyir.

Suriyanı nümunə göstərməyimin bir səbəbi var. Suriya, qabaqlayıcı diplomatiyanın əhəmiyyətini bizə bir daha göstərir; çünki münaqişə alovu bir milləti bir dəfə girdabına çəkərsə artıq tək nəzərdə tutula biləcək odur ki, bu alov həmin dövlətdə gözlənilməz nəticələrə səbəb olacaqdır. Bir nəsil bu və ya digər şəkildə məhv olacaq; gələcəkdə ürək açan olmayacaqdır. Minlərlə kilometr uzaqlıqda olanlar da daxil hamı ya terror hücumu, iqtisadi şok, nizamsız miqrasya, ya da yaralı vicdana məruz qalacaq.

Əgər qabaqlayıcı diplomatiya və münaqişələrin sülh yolu ilə həlli vacibdirsə, bunu ciddi qəbul etməliyik. Bu qiymətləndirmə, BMT, ATƏT və İƏT Vasitəçilik Üzrə Dostlar Qrupunun həmsədri kimi bu həftə İstanbulda təşkil edəcəyimiz vasitəçilik sahəsində potensialın artırılması üzrə təhsil proqramının və iki vasitəçilik konfransının ev sahibi olaraq Türkiyənin səylərini vasitəçilik sahəsinə yönəldir.