Prezident yol tikintisinə 11 milyon manat ayırdı

29 Noyabr 2018 18:10 (UTC+04:00)

Prezident İlham Əliyev Zaqatala rayonunun Zaqatala–Aşağı Tala–Üçüncü Tala–Dağlı–Muğanlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamla on yeddi min nəfər əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən Zaqatala–Aşağı Tala–Üçüncü Tala–Dağlı–Muğanlı avtomobil yolunun tikintisi məqsədi ilə 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 11 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

AzNews.az