Trampın sabiq vəkilindən önəmli etiraf

29 Noyabr 2018 20:36 (UTC+04:00)

ABŞ prezidentinin sabiq vəkili Maykl Koen Donald Trampın Rusiya ilə əlaqələrinə dair iş üzrə Konqresə yalan məlumatlar verdiyini etiraf edib.

Bu barədə “Associated Press” məlumat yayıb.

Bildirilir ki, söhbət Koenin ABŞ Konqresinin komitələrində keçirilən dinləmələrdəki çıxışlarından gedir.

Koen Trampın Moskvada göydələnin inşasına dair planları barədə yalan məlumat verdiyini bildirib. (oxu.az)

AzNews.az