Yaponiyalı pilot həbs edildi, səbəbi..

30 Noyabr 2018 09:29 (UTC+04:00)

Böyük Britaniya məhkəməsi Yaponiyanın "Japan Airlines" aviaşirkətinin ikinci pilotunu 10 aylıq azadlıqdan məhrum edib.

Buna səbəb oktyabr ayında pilotun London-Tokio reysindən əvvəl spirtli içki qəbul etməsi olub.

Hakim Filipp Metyuz deyib: "Sizin sərxoşluğunuzla göyərtədə olan sərnişinlərin təhlükəsizliyi risk altına qoyulub".

Pilot öz növbəsində gunahını boynuna alıb.(trend.az)

© AzNews.az