Şeyma Subaşı keçmiş "Survivor" iştirakçisi ilə

30 Noyabr 2018 09:36 (UTC+04:00)

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Şeyma Subaşı "Survivor" yarışmasının keçmiş iştirakçısı Yiğit Marcus Aral ilə görüşüb. O, Yiğit Aralın yanına maşını ilə gəlməsini videoya çəkərək, "Qısqancam" sözü ilə paylaşıb. Bunun ardından Şeymanın izləyiciləri onun Acuna mesaj göndərdiyini deyib.

Qeyd edək ki, Acun Ilıcalı və Şeyma Subaşı 9 illik sevgilərini 2017-ci ilin sentyabr ayında rəsmiləşdirib. Şeyma və Acunun Melisa adlı qızları var.

Nigar CƏFƏR

AzNews.az