Sloveniyada Baş Qərargah rəisi qadın oldu

30 Noyabr 2018 10:30 (UTC+04:00)

İki gün əvvəl Sloveniya Silahlı Qüvvələrinin Baş Qərargahına qadın başçı təyin olunub.

General-leytenant Alenca Ermence artıq ölkənin baş qərargah rəisi vəzifəsinin icrasına başlayıb.

55 yaşında olan xanım sabiq ordu komandanı hərbi karyerasına 1991-ci ildə, Sloveniya müstəqillik qazandıqdan sonra başlayıb.

Onun sonuncu vəzifəsi Silahlı Qüvvələrdə Baş Qərargah rəisinin müavini olub.

Sloveniya prezidenti Borut Pahor bəyan edib ki, Ermencenin orduda islahatlar aparacağına böyük ümid edirlər.(teleqraf.com)

© AzNews.az