Dekabrın 18-də Arts Council Azerbaijan təşkilatının “START” layihəsi çərçivəsində “Art Tower Gallery”də gənc və həvəskar rəssamların sərgisi açılacaq.
AzNews.az-ın xəbərinə görə, sərgi "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Azərbaycan Mədəniyyət Nazirliyi, Aərbaycan Dövlət Rəsm Qalereyası və Gənclər Şəbəkəsnin təşkilatçılığı ilə təşkil edilib.
Sərginin kuratoru Türkan Cəfərzadədir.
“START” layihənin məqsədi incəsənətin təbliğində gənclərin rolunu artırmaq, onların bu işin təbliğatçısı qismində çıxış etmələrinə dəstək olmaqdır. Sərgidə müxtəlif mövzuda işlənən sənət əsərləri sərgilənəcək.
Sərgi yanvarın 10-a kimi davam edəcək.
Ünvan: İçəri Şəhər, Kiçik Qala 105, tel: (012) 492 92 69.
Giriş sərbəstdir.
AzNews.az