Azərbaycan Yazıçılar Birliyinin (AYB) və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, gənc şair Tural Turanın yeni kitabı işıq üzü görüb.
AzNews.az-ın verdiyi xəbərə , “...və bütün qaranlıq otaqlar” adlı şeirlər kitabında müəllifin son illərdə qələmə aldığı poetik nümunələr toplanıb.
Tural Turan 2018-ci ildə oxucularının görüşünə ikinci dəfə gəlir. Şairin bundan əvvəlki kitabı – “Qaranlığın aydınlıq adı” özbək dilində gün üzü görüb.
Kitaba önsözü Rüstəm Behrudi yazıb. “...və bütün qaranlıq otaqlar”ın redaktoru Emil Rasimoğlu, məsləhətçisi Mətləb Mustafayev korrektorları Türkanə Mustafazadə və Aysel Aslandır.
Kitab “Mono Group” Nəşriyyat-Poliqrafiya Mərkəzində çapdan çıxıb. 56 səhifədir. Kitabın dizayneri Rafiq Ömərov, fotoqrafı Şahin Sərdarovdur.
Qeyd edək ki, “...və bütün qaranlıq otaqlar” müəllifin sayca beşinci kitabıdır. Bu vaxta qədər müəllifin şeirləri Türkiyə, qazax, özbək türkçələrinə və rus dilinə çevrilib.
AzNews.az