113 məhbus həbsxanadan qaçdı

30 Noyabr 2018 11:02 (UTC+04:00)

İndoneziyanın Sumatra adasının Açex əyalətində yerləşən həbsxanaların birindən 113 məhbus qaçmağı bacarıb.

AzNews.az Orta Asiya Xəbər Xidmətinə istinadən xəbər verir ki, bu haqda informasiyanı Sinxua agentliyinə İndoneziyanın ədliyyə və insan haqları nazirliyinin rəsmisi deyib.

The Jakarta Post qəzeti yazır ki, həbsxananın məhbusları rəhbərlikdən tələb edib ki, yeraltı təkanlara görə onları evlərinə buraxsınlar.

Rəhbərlik isə bu tələbdən imtina edib. Nəticədə həbsxanada qiyam qalxıb. Məhbuslar yanğın törədərək qaçmağı bacarıblar.

Hüquq-mühafizə orqanlarının əməkdaşları qaçan məhbuslardan yalnız 4-nü yaxalaya bilib. Digərlərinin axtarışı davam edir.

Babək Göyüş

© AzNews.az