Putin axtarışda olan cinayətkarlar siyahısına salınıb

11 Aprel 2013 09:40 (UTC+04:00)
Finlandiya polisi Rusiya prezidenti Vladimir Putinin adını axtarışda olan cinayətkarlar siyahısına salıb.

Ancaq polisin bu hərəkəti Putinin doğrudan da cinayət törətdiyinə görə axtarışda olmasından yox, polisin səhvindən qaynaqlanıb.

"Associated Press" xəbər verir ki, belə bir məlumata görə, Putinin Finlandiya sərhəddində hətta həbs edə bilərdilər.

Finlandiya polisinin rəsmi nümayəndəsi Robin Lardot isə bildirib ki, Putinin adı siyahıya səhvən salınıb və artıq oradan çıxarılıb: "Hazırda insidentlə bağlı araşdırma aparılır. Prezidentin adının siyahıya necə daxil edilməsini araşdırırıq".

Artıq Finlandiyanın Daxili İşlər Nazirliyi hadisəyə görə Putindən rəsmi qaydada üzr istəyib.

Ancaq Finlandiyanın televiziya kanalı olan MTV3 Putinin adının axtarışda olan cinayətkarlar siyahısına salınmasının səhv olmadığını bildirib.

Kanalın məlumatına görə, prezidentin adı siyahıya "Gecə canavarları" adlı bayker klubu ilə əlaqələrinə görə daxil edilib. Putin dəfələrlə bu klubun rəhbərlərindən olan "Cərrah" ləqəbli Aleksandr Zaldostanovla görüşüb. Putin onu hətta mükafatla da təltif edib.

Elnarə Əlosmanqızı
AzNews.az