Güclü geomaqnit qasırğası olacaq

30 Noyabr 2018 12:07 (UTC+04:00)

Bunu AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev deyib.

Onun sözlərinə görə, qasırğanın səbəbi Günəşin səthində formalaşan növbəti böyük ölçülü tac dəliyidir: "Bu tac dəliyindən başlanğıcını götürən yüksəksürətli Günəş plazma küləyi yerətrafı fəzaya çatmaqla, maqnitosferi həyəcanlaşdıracaq və G1 sinfinə aid geomaqnit qasırğasına səbəb olacaq".

E.Babayev əlavə edib ki, meteoşəraitin son şıltaqlıqları və geomaqnit qasırğasının birgə təsirləri risk qrupuna daxil olan insanlarda narahatlıq yaradacaq: "Diskomfort xeyli artacaq".(report.az)

© AzNews.az