Gəncədə həmyerlisini güllələyən şəxs tutuldu

30 Noyabr 2018 20:05 (UTC+04:00)

Gəncə şəhərində həmyerlisini güllələyən şəxs tutulub.

DİN-dən verilən məlumata görə, noyabrın 30-da saat 1 radələrində Gəncə şəhəri ərazisində şəhər sakini Arif Həsənov münaqişə zəminində tüfəngdən açdığı atəşlə həmyerlisi Elmar Əlizadəyə xəsarət yetirib.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində A.Həsənov saxlanılıb. Cinayət törədilərkən istifadə etdiyi “TOZ-16” markalı ov tüfəngi ondan götürülüb.

AzNews.az