G7 ölkələri Rusiyaya qarşı çıxdı

30 Noyabr 2018 22:20 (UTC+04:00)

G7 ölkələri Kerç boğazında baş vermiş gərginlikdən sonra Rusiya və Ukraynanı eskalasiyaya son verməyə çağırıblar.

Dövlətlər Rusiyanın Kerç boğazındakı davranışlarına görə hədsiz narahat olduqlarını bildirib: “Rusiyanın Ukrayna gəmilərinə və dənizçilərinə qarşı hərbi qüvvələrdən istifadə etməsinin heç bir bəraəti yoxdur”.

Xatırladaq ki, noyabrın 25-də Kerç boğazından keçən Ukrayna gəmiləri Rusiya tərəfindən atəşə tutulub və 25 dənizçi həbs edilib. (qafqazinfo)

AzNews.az