Moldova prezidenti istefaya göndəriləcək?

1 Dekabr 2018 12:25 (UTC+04:00)

Moldova parlamenti ölkə prezidenti İqor Dodonu istefaya göndərə bilər.

Bu barədə Moldova parlamentinin spikeri Andrian Kandu bildirib.

Onun sözlərinə görə, İ.Dodon ölkə Konstitusiyasının tələblərini pozaraq parlamentin qəbul etdiyi 5 qanun layihəsini imzalamaqdan imtina edib. Moldova Konstitusiyasının 89-cu maddəsinə görə isə prezident ali qanunu pozduğu halda istefaya göndərilə bilər.

Spiker qeyd edib ki, parlamentin səlahiyyət müddəti noyabrın 30-da başa çatsa da, ilin sonuna qədər qərarlar qəbul edə bilər. (AZƏRTAC)