Ziyalılar Forumunda da fikir ayrılığı yarandı

11 Aprel 2013 11:20 (UTC+04:00)
Ziyalılar Forumunun üzvü, tanınmış şair Musa Yaqub Ziyalılar Forumu ilə bağlı şok məlumat verib. Onun sözlərinə görə, Ziyalılar Forumunun bəzi üzvlərinə təşkilatla bağlı mətbuata danışmağa qadağa qoyulub. Belə ki, o açıqlamasında forumun adından yalnız Cəmil Həsənli və Rafiq Əliyevin mətbuata danışması haqda qərar qəbul olunub.

Ziyalılar Forumunun üzvü Eldəniz Quliyev isə AzNews.az-a açıqlamasında Musa Yaqubun dediklərini təkzib etdi:

"Belə bir qərar olmayıb. Ziyalılar Forumu elə bir təşkilat deyil ki, onun mətbuat xidməti, yaxud da sözçüsü olsun. Ziyalılar Forumunda demokratik mühit olduğundan burada hər kəs istənilən məsələylə bağlı fikirlərini bildirə bilər. Bu nə deməkdir ki, qurumun adından yalnız iki nəfər danışa bilər? Elə məsələlər var ki, mənim Cəmil Həsənli və Rafiq Quliyevlə fikrim üst-üstə düşmür. O zaman mən susmalıyam?"

Bahar Rüstəmli
AzNews.az