Bal ayına çıxan gəlini oteldə zorladılar - FOTO

1 Dekabr 2018 17:05 (UTC+04:00)

“Ölkə.Az” xəbər verir ki, 32 yaşlı Eşli əri Ceff ilə toyunu və bal ayını Baham adalarındakı oteldə keçirmək qərarına gəlib. Amma təzə gəlin və bəy həyatlarının şokunu yaşayıblar.

Cütlük oteldə qalanda Paskarella hamama girib. Eşlini isə yuxu tutub. Bu zaman otel işçilərindən birinin zorlamasına yuxudan ayılan qadın əvvəlcə onu əri zənn edib. Amma əlləri ilə onu toxunaraq yad adam olduğunu hiss edib və qışqırmağa başlayıb. Onun səsini eşidən Ceff hamamdan otağa qaçıb. Otel işçisi isə hərəkətini etiraf edərək üzr istəyib və qaçıb.

Hadisədən iki il yarım sonra cütlük oteli məhkəməyə verib. Cütlük hadisədən sonra oteldə qalan toy qonaqlarını pərt etməmək üçün susduqlarını amma bu zədənin izlərinin keçmədiyini bildiriblər. Otel rəhbərliyi isə tərbiyəsizlik edən işçisini işdən qovmayıb.

AzNews.az