Bakı Uşaq Teatrı “Sevgi şimşəyi” tamaşasını təqdim edib.
AzNews.az xəbər verir ki, tamaşanın premyerası noyabrın 30-da aktyorlar evində keçirilib. Tamaşanın quruluşçu rejissoru əməkdar artisti İntiqam Soltandır. Rolları Bakı Uşaq Teatrının aktyorları Mehman Piriyev, Gülər Ləzgiyeva və Ədalər Ağaverdizadə ifa edirlər.
Bəstəkar Mahir İbrahim və rəssam Sevda Məmmədovanın da üzərində işlədikləri tamaşa Rövşən Ağayevin “Bir gecənin nağılı” pyesinin motivləri əsasında hazırlanıb.
Tamaşanın ilk nümayişi noyabr 13-25-də Türkiyənin Bilecik şəhərində keçirilmiş 13-cü Beynəlxalq Teatr Festivalında keçirilib.
Qeyd edək ki, tamaşa böyüklər üçün nəzərdə tutulub. Afişalarda yaş həddi "16+" göstərilib
Bahar RÜSTƏMLİ
AzNews.az