İranın faciəsi
11 Aprel 2013 14:26 (UTC+04:00)
Ərdəbildən olan molla-deputat Kəmaləddin Pirmoazzən və Urmiyadan seçilmiş molla-deputat Nadir Qazipur deyiblər ki, "Gülüstan və Türkmənçay müqavilələrinə yenidən baxacağıq". "Fars calağı" olan hər iki başabəla azəri türkü (Allah bizi belə "türklərdən" qorusun. Amin!) özlərinin beynəlxalq hüquqdan nə qədər uzaq olduqlarını gündəmə gətiriblər.
Birincisi, İran mollarının toplaşdığı qanunvericilik orqanı 34 il ərzində irəliyə yox, geriyə-cəhalətə qayıdıb. XXI əsrdə beynəlxalq hüquq haqqında bu qədər bilgisiz olmağı ancaq buşmenlər bacara bilərdilər.
Ikincisi, həmin molla-deputatların bağlanmış müqavilələrin şərtlərindən və sonrakı hüquqi prosedurlardan xəbərləri yoxdur.
Türkmənçay müqaviləsinin III maddəsində yazılmışdır: "İran şahı həzrətləri öz adından və öz vərəsələri və varisləri adından Arazın o tayı və bu tayı üzrə Erivan xanlığını və Naxçıvan xanlığını Rusiya İmperiyasının tam mülkiyyətinə güzəştə gedir". Göründüyü kimi molla-deputatlar mövcud rejimdən beziblər və Şah üsul-idarəsi üçün darıxıblar. Eyni zamanda, əqidə qardaşları olan haylara qarşı torpaq iddialarını qaldırmaqla, İranın Ermənistana açdığı qucağa şəxsi etirazlarını bildirmiş olurlar. İran rejimi gör nə günə qalıb ki, belə səviyyəsiz və cəhalət içərisində olan molla-deputatlarla bizi təhdid etmək istəyirlər.
Bəs molla rejimini nə məcbur edir ki, belə düşüncəsiz və primitiv addımlar atırlar?
Əvvəla, rejim aqoniya içərisindədir. Uzun müddət ərzində siyasi təzyiqlərə məruz qalan xalq artıq ayağa qalxmaq üzrədir.
İkincisi, son illər ərzində dünyaya meydan oxumaqla özlərini dünyadan təcrid ediblər. Daxili problemlərini bu yolla həll etməya çalışan fars xisləti İranı virana aparır.
Üçüncüsü, ABŞ-ın Yaxın Şərq planına mane olmaq üçün Azərbaycan dövlətini hədəfə almaqla, özlərini biabırçı vəziyyətə salıblar. Bu plan haqqında oxucularımıza qısa mılumat vermək istəyirik.
ABŞ-in 2008-ci ildə çap olunmuş "Armed Forces Journal" (Silahlı Qüvvələr) dərgisi Yaxın Şərqdə yaradılması planlaşdırılan yeni dövlətlərin xəritəsi dərc olunmuşdur. Həmin xəritəni sizlərin diqqətinə təqdim edirik. Xəritədən göründüyü kimi, ABŞ-ın hərbi-strateji planlarında Türkiyə, Suriya, Səduyyə Ərəbstanı, İraq, İran və Pakistan ərazilərində əvvəllər mövcud olmamamış yeni dövlətlər yaratmaq nəzərdə tutlmuşdur. Artıq ABŞ dövləti bu planın icrasına başlamışdır.
Yeni yaradılacaq "Ərəb şiə dövləti" özündə İraqın cənubu, İranın Xuzistan əyalətini, Səduyyə ərəbstanının şərq hissəsin və Bəhreyni birləşdirəcək. əhalisi 25 mln. nəfər olacaq bu dövlət dünya neft ehtiyatlarının 40%-inə nəzarət rdəcəkdir. Ikinci yeni dövlət Urmiyə gölünün qərb hissəlsi ilə sərhədlənən Azərbaycan dövlətidir(indi iranın Azərbaycana niyə tez-tez hucum etməsi sizlərə bəlli oldu).
Üçüncü dövlət Türkiyə, İran, İraq və suriya əraziləri hesabına yaradılacaq 30 milyon əhalisi olacaq Kürdistandır. Məkkə və Mədinə şəhərlərinin bazasında yaradılacaq dördüncü dövlət "Müqəddəs İslam Dövlətidir". Iranın qərb, Əfqanstan və Pakistanın şərq əraziləri hesabına yaradılacaq beşinci dövlət isə Vəziristan adlanacaq.
ABŞ-ın planlarına görə İran ərazisi hesabına yaradılacaq yeni dövlətlərə görə, ölkə prezidenti İlham Əliyevə, Milli Məclisin ayrı-ayrı üzvlərinə, o cümlədən bütövlikdə Azərbaycan Respublikasına olan təhdidlərin arxasında İran molla rejiminin siyasi faciəsi və siyasi qorxusu durur. Iran bir şeyi başa düşməlidir ki, onların siyasi korluğuna və düşünülməmiş hərəkətlərinə Azərbaycan dövləti məsuliyyət daşımır.
AzNews.az