Prezident onları “Şöhrət“ ordeni ilə təltif etdi
11 Aprel 2013 17:59 (UTC+04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Cavanşir Paşazadənin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Cavanşir Hümmət oğlu Paşazadə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə "Şöhrət" ordeni ilə təltif edilib.
Dövlət başçısının digər sərəncamı ilə Gülçöhrə Hüseyn qızı Məmmədova da Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə "Şöhrət" ordeni ilə təltif edilib.
AzNews.az