Ovannisyanı Moskvaya çağırdılar

11 Aprel 2013 20:05 (UTC+04:00)
Ermənistanda prezidentliyə keçmiş namizəd, "İrs" Partiyasının lideri Raffi Ovannisyan Moskvaya işgüzar səfərə yollanıb.

AzNews.az-ın "Novosti Armenii"-ya istinadən məlumatına görə, bu haqda partiya sədrinin müavini Armen Martirosyan bildirib.

Onun sözlərinə görə, bu səfər bir günlükdür : "Aprelin 12-də Raffi Ovannisyan İrəvana qayıdaraq, tərəfdarları ilə birlikdə "Azadlıq" meydanında mitinqə başçılıq edəcək".

O, bu səfərin öncədən planlaşdırıldığını qeyd etsə də, onun məqsədini bildirməyib.

Səfərin məqsədini partiya təmsilçiləri açıqlamadığından bu ziyarətin daha çox çağırışa bənzədildiyi ehtimal olunur.

AzNews.az