Prezident xalqla “Twitter“də danışacaq
11 Aprel 2013 20:45 (UTC+04:00)
Misir prezidenti Məhəmməd Mursi hər axşam "Twitter" sosial şəbəkəsi ilə vətəndaşların suallarını cavablandıracaq. Anspress-in məlumatına görə, bu barədə "The Guardian" yazıb. Misir dövlət başçısı mikrobloq vasitəsilə hər gün 21:00-dan 21:30-dək misirlilərlə ünsiyyət quracaq. Ancaq onun nə vaxtdan ölkə vətəndaşları ilə yazışmağa başlayacağı məlum deyil.
Yerli və xarici müşahidəçilər qeyd edib ki, bu, Mursinin ünsiyyət və tənqid üçün açıq olan və söz azadlığını sıxışdırmayan insan obrazı yaratması istiqamətində növbəti addımdır.
AzNews.az