ABŞ Qara dənizə savaş gəmiləri göndərdi

6 Dekabr 2018 09:23 (UTC+04:00)

ABŞ-ın Rusiya ilə Ukrayna arasındakı gərginliyə görə Qara dənizə savaş gəmiləri yolladığı iddia edilib.

AzNews.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda informasiyanı CNN kanalı yayıb.

Mənbə ABŞ ordusunun Qara dənizə döyüş gəmilərini göndərməyə hazırlaşdığını deyir.

Bu addımın Azov dənizində yaranan gərginliyə cavab olaraq atıldığı bildirilib.

Xəbərdə qeyd edilir ki, Pentaqon və ABŞ Dövlət Katibliyi Montrö Boğazlar müqaviləsinə əsasən Türkiyə boğazlarından Qara dənizə keçmək üçün icazə istəyib.

Pentaqon sözçülərindən Eric Pahon ABŞ-ın döyüş gəmiləri haqqında heç bir məlumat verə bilməyəcəyini və Montrö müqaviləsinin şərtlərinə əməl etdiklərini deyib.

Sözçü Türkiyədən hər il dəfələrlə Montrö müqaviləsi çərçivəsində boğazlardan keçmək üçün icazə istədiklərini, lakin bunlardan yalnız bir neçəsinin icra edildiyini bildirib.

Qeyd edək ki, 1936-cı ildə imzalanan Montrö Boğazlar müqaviləsinə görə Qara dənizə çıxışı olmayan ölkələr Çanaqqala və İstanbul boğazından keçmək üçün 15 gün əvvəldən Türkiyədən icazə tələb etməlidirlər.

Pərvanə Ağazadə

AzNews.az