Məni Rusiyada həbs edilən dənizçilərlə dəyişin - Ukraynalı admiral

6 Dekabr 2018 09:56 (UTC+04:00)

Kerç boğazında saxlanılan 24 ukraynalı dənizçini Rusiya prezidenti Vladimir Putin azadlığa buraxsa, mən könüllü olaraq Rusiya Federasiyasının həbsxanasına gedəcəyəm.

AzNews.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu sözləri Ukrayna hərbi-dəniz qüvvələrinin komandiri, admiral İqor Voronçenko Bild qəzetinə verdiyi müsahibəsi zamanı deyib.

"Öz əsgərlərimin günahsız yerə Rusiyada saxlandığına görə ürəyim ağrıyır". Admiral belə deyib.

Onun fikrincə, NATO-nun hərbi gəmiləri Azov dənizində Ukraynaya kömək edə bilər.

Qeyd edək ki, noyabrın 25-də Rusiyanın xüsusi təyinatlıları Ukraynanın 3 gəmisini və 24 dənizçini ələ keçirib.

Babək Göyüş

© AzNews.az