“Neftçi”nin legioneri futbola fəhləlikdən gəlib

6 Dekabr 2018 10:48 (UTC+04:00)

Braziliyalı forvarda 18 yaşında ikən ultimatum gəlib. Valideynləri ona "Ya futbolu seçməlisən, ya da ənənəvi işləri" deyib. Supermarketdə bir neçə ay işlədikdən sonra Dario "Korintians"ın oyunçusu olaraq, valideynlərinin arzusunu gerçəkləşdirib.

Qeyd edək ki, Dario Frederiko tikintidə də işləyib. O, "Korintians"dan əvvəl "Union San-Juan" klubunda baxışda olub. "Sambaçı"nın ilk peşəkar klubu isə "Flamenqo" olub. Frederiko legioner karyerasını ilk dəfə 2015 - 2017-ci illərdə "Kəpəz"də yaşayıb. "Neftçi"yə isə o, 2018-ci ilin yayında Cənubi Koreya "Seonqam"ından keçib.(report.az)

© AzNews.az