Marqvelaşvilinin kürəkəni saxlanıldı

6 Dekabr 2018 11:29 (UTC+04:00)

Gürcüstan Daxili İşlər Nazirliyi hal-hazırda prezident səlahiyyətlərini icra edən prezident Georgi Marqvelaşvilinin kürəkəni Mindiya Qoqoçuri və onun dostunu saxlayıb.

Polis onların yaşadığı evin eyvanından silah və zirehli geyimləri çölə atdığını müəyyən edib.

Onlar “qanunsuz silah saxlamaqda” ittiham olunurlar.(modern.az)

© AzNews.az