Əfsanəvi müğənni özünü belə əbədiləşdirdi

6 Dekabr 2018 12:12 (UTC+04:00)

Çexiya estradasının əfsanəsi, müğənni Karel Qott gələn il 80 illik yubileyini qeyd etməyə hazırlaşır.

O, yaxınlaşmaqda olan əlamətdar hadisə şərəfinə bu günlərdə Yablonets-Nisa şəhərinin zərbxanasında şəxsən qızıl sikkə zərb etdirib.

Medalın layihəsini 27 yaşlı çuvaş rəssamı Azamat Baltayev hazırlayıb. Sikkə 2019-cu ilin iyununda satışa çıxarılacaq.

K.Qott üzərində öz təsviri olan birinci qızıl medalın hazırlanması üçün beş il əvvəl də bu zərbxanada olub. Hər birinin çəkisi 15,56 qram olan 500 qızıl və hər biri ondan iki dəfə ağır olan 100 gümüş sikkə hazırlanacaq. Üç qızıl medaldan ibarət seriya kolleksiyaçılara təxminən 100 min krona başa gələcək.(AZƏRTAC)

© AzNews.az