Ermənistanda xeyli məmur seçkidən sonra işsiz qalacaq - KİV

6 Dekabr 2018 12:33 (UTC+04:00)

Ermənistanda dövlət qurumlarında işləyən xeyli sayda məmur Yeni il bayramından sonra kütləvi şəkildə işdən çıxarılacaq.

Bunu “Jamanak” qəzeti yazıb.

Məqalədə qeyd olunub ki, çoxlu sayda məmura dekabrın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərindən sonra işsiz qalacaqları barədə xəbərdarlıq edilib.

“Diaspor, Mədəniyyət, Xarici işlər, İdman və gənclərlə iş üzrə nazirliklərin əməkdaşları artıq işsiz qalacaqları barədə məlumatlandırılıblar”, -deyə yazıda vurğulanıb.(report.az)

© AzNews.az