Qırmızı vərəqə aldı, amma...

6 Dekabr 2018 12:40 (UTC+04:00)

Fransa Liqa-1-də keçirilən “Bordo” – “Sent-Etyen” görüşündə VAR sistemindən maraqlı şəkildə istifadə olunub.

Matçın 75-ci dəqiqəsində meydan sahiblərinin Seneqal əsilli futbolçusu Yunus Sankareya baş hakim Klement Turpin birbaşa qırmızı vərəqə göstərib.

Futbolçu meydanı tərk edərək paltardəyişmə otağına yollanıb. Daha sonra o hakim tərəfindən geri çağrılıb.

Referi VAR-a baxdıqdan sonra qırmızı vərəqəni ləğv edib.(qafqazinfo.az)

© AzNews.az