Samirə səhnədən gedir

6 Dekabr 2018 13:46 (UTC+04:00)

Müğənni Samirə Allahverdiyeva səhnədən getmək istəyir.

AzNews.az xəbər verir ki, sənətçi müsahibələrinin birində belə açıqlama verib. O, bunun səbəbini sənətə qiymət verilməməsi ilə izah edib:

“Biz sənətlə məşğul idik. Amma bu gün görürəm ki, doğrudan da əsl sənətə dəyər verilmir. Nə qədər çətin olsa da etiraf edirəm. Oxumağı çox sevirəm. Bu sənətə sevgi ilə gəldim. Artıq oxumaq istəmirəm”.

Bahar RÜSTƏMLİ
AzNews.az