Bu ölkədə ictimai nəqliyyat pulsuz olacaq - dünyada ilk

6 Dekabr 2018 13:51 (UTC+04:00)

Lüksemburq rəhbərliyi ölkədə fəaliyyət göstərən bütün ictimai nəqliyyatda gediş haqqını pulsuz edib.

AzNews.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu haqda informasiyanı "The Guardian" nəşri yayıb.

Mənbə bildirir ki, ölkə əhalisi avtobus, tramvay və qatarların xidmətindən istifadə edir.

Məlumata görə, belə bir qərar dünyada başqa heç bir ölkə tərəfindən verilməyib.

Qeyd edək ki, Lüksemburqda 600 mindən çox əhali yaşayır. Onların 400 mini işləmək üçün 110 min əhalisi olan paytaxta gəlirlər.

Babək Göyüş

© AzNews.az