Arvadını öldürən kişi polisə təslim oldu

6 Dekabr 2018 14:26 (UTC+04:00)

DİN-dən verilən məlumata görə, dekabrın 5-də Sumqayıt şəhərinin 11-ci mikrorayon ərazisində kirayədə yaşayan Beyləqan rayon sakini Yaqub Ağayev ailə münaqişəsi zəminində arvadı Aynurə Ağayevanı bıçaqla qətlə yetirib.

Y.Ağayev könüllü olaraq 1-ci Polis Bölməsinə gələrək istintaqa təslim olub.

© AzNews.az