Milyarderin 22 yaşlı qızı itkin düşdü

6 Dekabr 2018 14:30 (UTC+04:00)

Ailəsi 22 yaşlı gənc qızın doğum günündə ondan xəbər ala bilməyib və dərhal polisə müraciət edib.

Qeyd edilir ki, hazırda Yeni Zellandiyada hər kəs milyarderin qızını axtarır. Məlumata görə, 22 yaşlı Qreys ötən həftə Yeni Zellandiyaya tətilə gedib. Məşhur və bahalı yerdə qalmaqdan imtina edən gənc xanım hoteldə qalmağa üstünlük verib. Burada qaldığı müddətdə vaxtaşırı ailəsi ilə ünsiyyət yaradan Qreysdən bir gün xəbər tutmaq mümkün olmayıb. Sonuncu dəfə dostları ilə birlikdə əyləncə mərkəzində görünən Qreysin ad günündə onunla əlaqə saxlaya bilməyən ailəsi polisdən kömək istəyib.

Gecə saatlarında hoteldəki nömrəsinə dönməyən gənc qızı polis axtarışa verib. Onunla bağlı Yeni Zellandiya TV və mediasında itkin düşdüyü haqda elanlar verilib.

Hazırda hobbi kimi rəssamlıq edən 22 yaşlı gənc qızın axtarışı davam edir. Hələlik polis onun oğurlandığı versiyasını qəbul etmir.(teleqraf.com)

© AzNews.az