Cəmilə od püskürdü: Hələ gəlin, mənim səviyyəmə çatın, sonra... VİDEO

6 Dekabr 2018 15:03 (UTC+04:00)

ARB TV-nin “Səhər-Səhər” verilişində “Plastik əməliyyatın qurbanları” adlı mövzu müzakirə olunub.

Mövzu ilə bağlı “Səhər-Səhər” verilişinə müsahibə verən Elit Star Cəmilə səhvlik edən həkimin səhvini bir başqasına düzəltdirdiyini deyib:

“İlk dəfə Merlin Manronu mən canlandırmışam. İlk dəfə, 2001-ci ildə yubkanı qaldırmağı və saç düzümünü mən etmişəm. Həqiqətən bədən ölçülərim 60-90-60-dır. Uzaqbaşı indi 62-63 ola bilər. Hər zaman fiquramı saxlayıram. Həkimlərin birinə gedirəm səhv edir, gedirəm o biri onun səhvini düzəldir. Öz dodağıma, öz simama qayıtdım. Məni doğurdan pis etmişdilər”.

Eyni zamanda müğənni başqalarının fikrinin onun üçün önəmli olmadığını deyib:

“Öz fikrim, öz stilim, öz danışığım var. Mən özüm bilərəm, nəyi necə, harada edirəm. 88-90 % bütün qlobusu gəzmişəm. Azərbaycan, rus, inglis dilini bilirəm. Hələ gəlin, mənim səviyyəmə çatın, sonra danışarsınız. Komputer arxasında oturanların bəziləri qozbeldi, bəziləri o qədər eybəcərdir ki... İnsan küçədə görsə qorxar. Oturub şərh yazırlar... 4 qat Azərbaycan çempionuyam. Qaçış, üzgüçülük, at çapmaq, dağa dırmanmaq, güllə atmaq. Birbaşa mərkəzdən vururam...”

AzNews.az