“İşimin öhdəsindən layiqincə gəlməyə çalışacağam” - Pərvin Məmmədova

6 Dekabr 2018 16:23 (UTC+04:00)

Xəbər verdiyimiz kimi, Bakı Beynəlxalq Avtovağzal Kompleksinə yeni mətbuat katibi təyin olunub. Bu vəzifəyə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) keçmiş əməkdaşı Pərvin Məmmədova seçilib.

AzNews.az yeni təyinatla bağlı Pərvin Məmmədova ilə əlaqə saxlayıb.

“Əvvəl "Azad Azərbaycan" televiziyasında, İntellektual İdarəetmə Mərkəzinin ictimaiətlə əlaqələr sektorunda çalışmışam. Daha sonra Dövlət Avtomobil Nəqliyyatı Xidmətində də həmçinin mətbuat xidmətində işləmişəm.

Gələcək planlar haqda hələ nəsə demək tezdir. Mətbuat xidmətləri hansı işi yerinə yetirisə mən də işimin öhdəsindən layiqincə gəlməyə çalışacağam” - deyə, P.Məmmədova bildirib.

Səidə Nurməmmədli

AzNews.az