Video paylaşdı, həbs olundu

6 Dekabr 2018 16:55 (UTC+04:00)

Türkiyədə bir müəllim paylaşdığı videodan sonra həbs olunub.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, Muratlı bölgəsində bir məktəbdə idman müəllimi işləyən C.D.K-nın çəkdiyi video sosial mediada yayılıb.

Videoda müəllim Allahı təhqir edib. Şikayətlərdən sonra müəllim saxlanılıb.

O, dini dəyərləri təhqir etməkdə təqsirləndirilib.

Türk Cəza Qanunun 216-cı maddəsinə görə, ona 6 aydan 1 ilə qədər həbs cəzası verilə bilər.

Pərvanə Ağazadə

AzNews.az